Əlaqə Arxiv
news Image
2012.11.14
16:48
| A A A
"Şagirdlər" tərəfindən muzey soyuldu
Movqe.Az bildirir ki, Hollandiyada keçən ay baş verən oğurluq hadisəsindən sonra ikinci sənət oğurluğu hadisəsi Cənubi Afrikada baş verib. Paytaxt Pretoriada baş verən hadisə belə olub: 2.25 dollarlıq bilet pulunu ödəyən oğrular, ölkənin ən böyük sənət muzeyinə şagird kimi girməyi bacarıblar. Sayları məlum olmayan oğrular, şübhə yaratmamaq üçün tez-tez kuratora suallar verərək məlumat alıblar. Sonra uyğun zamanı gözləyən oğrular, silahlarını çıxardaraq bütün işçiləri yerə uzadıb əllərini bağlayıblar. Keçən bazar gün baş verən hadisədən sonra rəsmilər, muzeydən 2 milyon dollarlıq əsər oğurlandığını açıqlayıblar. Muzeyin bazar ertəsi günündən bağlı olması səbəbi ilə ən qiymətli hesabatların yığışdırıldığı bildirilib.
Sizin Reklam Yeriniz