Əlaqə Arxiv
news Image
2012.11.14
19:00
| A A A
Keçmiş liderin məzarı ziyarətə bağlanılıb
Movqe.Az bildirir ki, Keçmiş Fələstin lideri Yasər Ərafatın ölüm səbəbinin təyin olunması məqsədiylə məzarının açılma işləri başlayıb. İşləri icra edən komissiyanın sədri Tofiq ət-Tayravi, verdiyi qısa müsahibədə, yarılma əməliyyatının hazırlığı çərçivəsində məzarın ətrafının bağlanılmasına başlanıldığı söyləyib. Təhlükəsizlik qüvvələri jurnalistlərin məzarın bağlanılması işlərini qeydə almalarına maneə törədiblər. Nəqliyyat yolları da məzarın ətrafından alternativ yollara istiqamətləndirilib. Ərafatın məzarının fransız və rus mütəxəssislər tərəfindən araşdırılması gözlənilir. Fələstinli rəsmilər, İsveçrədən bir qrupun da Ramallaha gələrək bu işlə maraqlanacağını bildiriblər.
Sizin Reklam Yeriniz