Əlaqə Arxiv
news Image
2012.11.14
18:40
| A A A
"Pişik adam"ın sirli ölümü

Movqe.az xəbər verir ki, Ömrünü özünü pişiyə çevirməyə həsr edən 54 yaşlı Dennis Avner vəfat edib. Pişikkimilər nəslindən gəldiyinə inandığı üçün davamlı estetik əməliyyat keçirən, bədənini döymə və pirsinqlərlə örtən, dişlərini itiləyərək özünü pişiyə bənzədən Dennis Avnerin Nevadadakı evində ölü tapıldığı deyilib. Avnerin ölüm səbəbi təyin olunmayıb. Lakin yaxınları "Pişik Adam"ın intihar etmiş ola biləcəyini söyləyir. Əvvəllər əsgər olan Dennis Avnerin həyatı hindu komandirinin '"Aslanın yolunu izlə"sözündən sonra dəyişib. Dennis Avner dünyanın ən yaxşı dəyişmiş insanı olaraq tanınırdı.


Sizin Reklam Yeriniz