Əlaqə Arxiv
news Image
2012.11.15
15:08
| A A A
Obama da təəccüblənib
Movqe.Az bildirir ki, ABŞ prezidenti Barak Obamanın, istefa edən CIA (Mərkəzi Kəşfiyyat Agentliyi) rəhbəri Devid Petraeusun evlilik xarici əlaqəsini öyrəndiyi zaman "çox təəcclübləndiyi" bildirilib. Ağ Evin spikeri Cey Karni, Obamanın 8 noyabrda Petraeusun vəziyyətiylə əlaqədar məlumatlandırıldığı zaman təəccüblənib. Karni, Obamanın xidmətləri üçün Petraeusa böyük minnətdarlıq hissi bildirdiyini də söyləyib. Karni, bundan əlavə, Obamanın Petraeusun evlilik xarici əlaqəyə girdiyi Paula Broaduelldən hədə mesajları aldığını söyləyən Cill Kelli ilə ''əlverişsiz ünsiyyət qurduğu'' səbəbiylə haqqında istintaq açılan general Con Allena güvəndiyini bildirib. Bundan əlavə Karni söyləyib ki, Obama Allenin uğurlu bir iş gördüyünü düşünür və onun ISAF-a (Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələri) rəhbərlik etməyə davam edəcəyini də bildirib.
Sizin Reklam Yeriniz