news Image
2012.11.18
15:01
| A A A
FHN balıqçıları xilas etmə əməliyyatını başa

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində köməksiz vəziyyətdə qalmış balıqçıları tam xilas edib.

APA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində sahildən təqribən 240 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qalıblar.

Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir helikopteri hadisə yerinə cəlb olunub, balıqçılardan üçü - 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlu, 1975-ci il təvəllüdlü Mirzəyev Şamil Mirzəağa oğlu və 1973-cü il təvəllüdlü Quliyev Zaur Zakir oğlunu xilas ediliblər.

Fövqəladə Hallar Nazirliyinin və Dövlət Dəniz Adminstrasiyasının birgə həyata keçirdiyi əməliyyat nəticəsində 1959-cu il təvəllüdlü Əliyev Əlibəy İsabala oğlu "Cəlil Məmmədquluzadə" adına tankerlə xilas edilib.

Xilasetmə əməliyyatı saat 22:10-da başa çatıb.

Xilasetmə əməliyyatları zamanı diplomatik kanallar vasitəsilə Türkmənistanın müvafiq orqanlarına edilmiş müraciətlər operativ olaraq öz həllini tapıb. Keçirilən əməliyyatlarda Türkmənistanın müvafiq qurumları, o cümlədən, helikopter və katerləri iştirak edib.


***

20.35

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xəzər dənizində sahildən təqribən 200 km məsafədə balıqçı qayığında olan 4 balıqçı qayığın batması səbəbindən köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

APA-nın FHN-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə cəlb olunub.

Balıqçılardan 3-ü - 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlu, 1975-ci il təvəllüdlü Mirzəyev Şamil Mirzəağa oğlu və 1973-cü il təvəllüdlü Quliyev Zaur Zakir oğlu xilas edilib, digər balıqçı 1959-cu il təvəllüdlü Əliyev Əlibəy İsabala oğlu isə xilasedici sal ilə təmin edilib.

Xilasetmə əməliyyatı davam etdirilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs