Obama babasının köləlik etdiyi yerə gedir
Movqe.az xəbər verir ki, Obama Prezident
seçkisini qazandıqdan sonra ilk ziyarətini Keniyalı babasının
İkinci Dünya Müharibəsi əsnasında bir ingilis komandirinin
aşçılığını etdiyi Myanmara edəcək. Prezident Obama, babasının
İngilis komandirinin köləliyini etdiyi Myanmara ABŞ prezidenti
olaraq "Airforce One" təyyarəsi ilə enəcək. Prezident Obama, "Atam
haqqında xəyallar" adlı kitabında babası Hüseyn Onyanqo Obamanı heç
tanımadığı halda, gənc yaşlarında öz həyatı üçün və şəxsiyyətini
tapma yolunda əsas rolu oynadığını ifadə etmişdi.