Əlaqə Arxiv
news Image
2012.11.19
18:16
| A A A
Avtomobil nəhəngi "Tata Motors"dan böyük sərmayə
Movqe.az xəbər verir ki, Hindistanın nəhəng avtomobil şirkəti "Tata Motors"un sahibi olduğu "Jaguar Land Rover" və "Cherry" Çində yeni  zavod qurmağa hazırlaşır. Yeni markanın da çıxarılacağı fabrikin xərci 1.75 milyard dollar olacaq. "Jaguar Land Rover"dən edilən şərhə görə fabrik daxilində bir araşdırma və inkişaf etdirmə mərkəzi ilə mühərrik istehsal mərkəzi olacaq. 2014-ci ildə açılması planlaşdırılan fabrikdə yeni marka ilə yanaşı başqa hansı modellərin çıxarılacağı isə hələ dəqiqləşməyib. Avtomobil sektorunun ən böyük bazarı olan Çində daha əvvəl "Volkswagen", "Mercedes-Benz" və "BMW" də fabriklər qurmuşdular. Çin hökuməti isə beynəlxalq avtomobil firmalarının yerli şirkətlərlə birlikdə işləməsini istəyərək ölkənin 25 faizinin nisbətindəki idxal səviyyəsini aşağı salmağı qarşısına məqsəd qoyub.



Sizin Reklam Yeriniz