Sevgilisinə sataşan qadını döydü
Movqe.az xəbər verir ki, ABŞ-ın Florida
ştatındakı "Key West"də yerləşən bir əyləncə məkanı, üç qadının
amansız döyüşünə səhnə olub. "Fat Tuesdays Bar" adlı məkanda,
"Fantaziya Festivalı" gününə xüsusi olaraq əylənməyə gələn üç qadın
içkinin də təsiriylə bir-birilə dalaşıb. vQadınlardan birinin
digərini "kişi yoldaşına sataşmaqda" günahlandırdığı döyüşə
onlardan birinin yoldaşı da qatılıb. Kişilər hirsli qadınları
bir-birindən ayırmaqda çətinlik çəkdiyindən, qısqanclıq böhranı
keçirən gənc qadını yoldaşları və sevgilisi sakitləşdirməyə
çalışıb.