Əlaqə Arxiv
news Image
2012.11.20
15:59
| A A A
İraq çoxdilli marş hazırlayır
Movqe.az xəbər verir ki, İraq doqquz ildir milli marşın nə olacağı mövzusunda davam edən müzakirələrə çox dilli bir marş ilə son qoymağa hazırlaşır. İraqda Səddam Hüseynin edamından sonra ABŞ, müvəqqəti olaraq ölkədə bu gün istifadə edilən "Ana vətənim" adlı milli marşı 2004-cü ildə qüvvəyə qoysa da, səlahiyyətlilər o gündən bəri daimi bir marş axtarışında idi. İngiltərədə yayımlanan "Guardian" qəzetinə danışan parlamentin mədəniyyət və media komitəsinin rəhbəri olan Doktor Əli əl Salam hər kəsin dəstəklədiyi son bir təklif hazırlayıb: "Bütün azlıqların dillərinin istifadə edəcəyi bir marşdır." İndi yeni milli marşın sözlərinin ərəbcə olması, sonda ölkədəki bütün etnik qrupların dillərində " Yaşa İraq" deyilməsi planlaşdırılır.
Sizin Reklam Yeriniz