Əlaqə Arxiv
news Image
2012.04.19
13:50
| A A A
Nüvə başlıqlı raket sınaqdan çıxarılıb

Mövqe.az xəbər verir ki, Hindistan hökuməti nüvə başlıqlı uzaq mənzilli raketi sınaqdan çıxarıb və testlərin nəticəsinin uğurlu olduğu bildirilib.

5 min kilometr məsafəli  "Agni V" adlı raketin Çinin paytaxtı Pekini və Şanxayı vura biləcək gücdə olduğu qeyd olunub. Hindistanın  Müdafiə və İnkişaf Təşkilatının rəhbəri Vijay Sarasvat ölkənin şərqindəki Veler adası sərhədlərindən atılan mərminin 600 kilometrədək  yüksəldiyini söyləyib. 

1,5 ton ağırlığındakı  Agni V-nin  uzunluğu 17,5 metrə , itələmə gücü isə 50 tona bərabərdir.. Orbitə peyk də  daşıya bilən mərminin qiyməti  486 milyon dollardır.

Mütəxəssislər  Hindistanın bu sınaq vasitəsilə Çini qorxutmaq və Asiyada əhəmiyyətli bir gücə malik olduqlarını göstərmək istədiklərini düşünür.


Əfqanə Məzahirqızı


Sizin Reklam Yeriniz