news Image
2012.04.20
08:53
| A A A
Müxalifət nümayəndələri Leninin ənənələri ilə yaşayırlar

Bilindiyi kimi, aprel ayının 22- müxalifətin növbəti mitinqi keçiriləcək. Leninin ad günü ilə üst-üstə düşəcək mitinq haqda Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Səs Tv- müsahibəsi zamanı maraqlı açıqlamalar verib: "Ümumiyyətlə, öncə müxalifətin mitinqlərinin mövsümi xarakter daşıdığını diqqətə çatdırmaq istəyirəm. Əgər fikir verirsinizsə, havalar soyuyanda müxalifət nümayəndələri belə cəhdlərlə çıxış etmirlər, lakin havalar bir az isinəndə mitinq eşqinə düşürlər. Havalar tam isinib yay gəldikdə isə mitinq fəsli yenidən bitəcək… 22 apreldə keçiriləcək piketdən gözləntilər sıfıra bərabərdir. Çünki cəmiyyətdə onlara inanan sosial baza yoxdur. Keçirilən piketlər sadəcə, Azərbaycanda gərginlik yaratmaq cəhdidir. Onlar öz ağıllarınca Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsinə kölgə salmaq niyyətindədirlər...

 O ki qaldı Leninə, müxalifət nümayəndələri onsuz da Leninin ənənələri ilə yaşayıblar bu gün həmin ənənələri yaşatmağa çalışırlar, proletariatın dahi rəhbərinin tezislərindən mənəvi dəstək alırlar. Bolşevizmin gətirdiyi ruhu onlar indi Azərbaycana gətirməyə çalışırlar. Bolşeviklərin ideyalarını etdiklərini təkrar edən müxalifət nümayəndələri zamanında pinəçini rayon icra hakimi, "dvorniki" hansısa nazirliyə nazir müavini təyin edirdilər. Çünki onların ətrafına yığılan, fikirlərini dəstəkləyən kütlə elə bu şəxslərdən ibarət idi. Yəni müxalifətin sosial bazası o illərdən dağılmağa başlayıb. Hakimiyyətdən getmələrini ayrı-ayrı səbəblərlə əlaqələndirsələr , bunun əsas səbəbi idarəçilik anlayışlarının olmaması idi. Onlar hakimiyyətə gələndə Azərbaycanda prezident, parlament sədri baş nazir akademiyada laborant işləyirdilər. Bu üçlükdən hansı dövlətçilik siyasəti gözlənə bilərdi ki? Bu insanlar Azərbaycanı idarə etmək iqtidarında deyildilər. Bütün bunlarla yanaşı, Leninin onların ən əziz insanları olduğunu qeyd etmək istərdim. Onlar Leninə sitayiş edirlər, desək yəqin ki, hamı bunun həqiqət olduğuna şübhə etməz". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs