İqtisad Universitetinin rektorundan maraqlı açıqlama “Biz sizə baxanda toya getməliyik”
"Bakı Dövlət Universitetində köçürmə hallarının qarşısının alınması
üçün daha çox maarifləndirmə işlərinə üstünlük veririk". Bu barədə
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Elm və təhsil
komitəsilə birgə keçirdiyi iclasda universitetin rektoru, deputat
Abel Məhərrəmov bildirib. Rektor misal olaraq deyib ki, imtahanlar
zamanı tələbələrə əvvəlcədən bu mənfi hala getməmək izah olunur və
yazılı zəmanət alınır. "Onlar imtahana girən zaman
köçürməyəcəklərini, qadağan olunmuş köməkçi vasitələrdən istifadə
etməyəcəklərini və etdikləri halda universitetdən xaric olunmağa
hazır olduqlarını yazıb imzalayırlar. Məhz əvvəlcədən aparılan belə
maarifləndirici tədbirlər sayəsində son imtahanlar ərəfəsində
təxminən 20 min nəfərdən cəmi 4-5 nəfər universitetdən xaric
olunub, belə halların sayı azalıb" - deyə A.Məhərrəmov
vurğulayıb.
A.Məhərrəmovun çıxışına münasibət bildirən İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev isə deyib ki, rəhbərlik etdiyi universitetdə imtahan zamanı qaydaları pozan tələbələr ancaq imtahanlardan xaric edilir. "Sizin əksinizə olaraq biz universitetdən xaric etmirik. Biz sizə baxanda toya getməliyik" - deyə o vurğulayıb.