news Image
2012.04.20
11:40
| A A A
Azərbaycan Avropa ölkələrinin etibarlı tərəfdaşıdır
“Avropa Parlamentində qətnamə qəbul olunması Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının daha da dərinləşməsinə imkan verəcək” "Azərbaycanın Avropaya inteqrasiyası sahəsində böyük layihələr mövcuddur. Avropa strukturları ilə səmərəli əməkdaşlıq edirik. "Şərq Tərəfdaşlığı" çərçivəsində bu əməkdaşlıq daha möhkəmlənir. Bununla belə, hesab edirik ki, Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığı daha da gücləndirməyə ehtiyac var". Bu sözləri YAP sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.  O, Avropa Parlamentində Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamə qəbul olunmasını Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığının daha da dərinləşməsinə imkan verəcəyini bildirib: "Bu, Avropa Birliyinin Qafqaz siyasətinin genişlənməsi üçün əlamətdar hadisədir. Hesab edirəm ki, Azərbaycanın bu illərdə özünü Avropa ölkələrinə etibarlı tərəfdaş kimi göstərməsi belə bir sənədin imzalanmasına gətirib çıxarıb. Güman edirəm ki, imzalanmış sənəd əlaqələrin inkişafına təkan verəcək".   

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs