Əlaqə Arxiv
news Image
2012.04.21
12:15
| A A A
Bakı aeroportunda yenilik
Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının istifadəyə verilməsi mərasimində iştirak edib. Dövlət başçısı mövcud aerovağzal kompleksində yenidənqurma yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olub.

Dövlət başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları perronu əks etdirən stendə baxıb.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr, sahəsi 325 min 500 kvadratmetrdir. Yönəldici yolların ümumi uzunluğu 3 min 800, eniisə 60 metrdir. Perronun sahəsi 309 min kvadratmetrdir.

Dövlət başçısı yeni uçuş-enmə zolağının rəmzi açılışını bildirən lenti kəsib.

Sonra Azərbaycan prezidenti mövcud aerovağzal kompleksində yenidənqurma yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olub.

Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC-ninsifarişi "Azvirt" MMC-ninbaş podratçılığı ilə görülən işlərə mövcud hava terminalının yenidən qurulması, yeni terminal binasının inşası, ümumi sahəsi 63 min kvadratmetr olan vağzalətrafı meydanın tamamilə yenilənməsi, uçuşları idarə edəcək yeni naviqasiya binasının tikintisi, yeraltı yerüstü kommunikasiya xətlərinin təzələnməsi daxildir.

Yeni aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, layihənin həyata keçirilməsində məqsəd sərnişin yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni kompleks istifadəyə verildikdən sonra ildə 3 milyon sərnişinə xidmət göstəriləcək.

58 min kvadratmetr sahəsi olan dördmərtəbəli yeni aerovağzal kompleksi beynəlxalq reysləri yerinə yetirən təyyarələrin sərnişinlərinə xidmət göstərəcək. Yenidən qurulan mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcək.

Sizin Reklam Yeriniz