news Image
2012.04.21
11:20
| A A A
"Azərbaycanda şəxsiyyət əleyhinə olan cinayətlər azalıb"
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində (DİN) "2008-2011-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlığının İnkişaf Konsepsiyasının həyata keçirilməsinə dair Proqram"ın icrasının, "Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili görülən işlər"in "Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"ninvəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclası giriş sözü ilə açan respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə dayanıqlı sabitliyin, əmin-amanlığın nəinki vətəndaşlarımız, həmçinin xarici adamlarının təhlükəsiz rahat şəraitdə yaşamaları üçün əlverişli zəmin yaratdığını, bunun əyani təzahürü kimi paytaxtımızda bir sıra önəmli kütləvi tədbirlərin, dünya Avropa çempionatlarının təşkil olunduğunu, "Eurovision 2012" kimi mötəbər musiqi yarışmasının Azərbaycan dövlətinin xalqının dünyada daha yaxşı tanıdılması yönündə çox önəmli vasitə addım olacağını diqqətə çatdırıb.

Daxili işlər naziri artıq ilin birinci rübünün arxada qaldığını, cinayətkarlıqla mübarizə ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə qorunub-saxlanıldığını bildirib. O deyib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılması bir qədər yaxşılaşıb, şəxsiyyət əleyhinə olan cinayətlərin sayı isə təxminən 5 faiz azalıb.

İclasda məruzə ilə Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərli çıxış edib. O deyib ki, ötən müddət ərzində 40-a yaxın dövlətin aidiyyəti qurumları ilə 53-ü ikitərəfli, 29-u çoxtərəfli olmaqla hökumətlərarası idarələrarası saziş, memorandum protokollar imzalanıb. Həmin beynəlxalq hüquqi sənədlərin predmetini transmilli cinayətkarlığın müxtəlif növləri, narkotik vasitələrin, psixotrop maddələrin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qeyri-leqal miqrasiya, mədəni sərvətlərin qaçaqmalçılığı digər cinayətlərlə mübarizədə qarşılıqlı fəaliyyət əsasında məlumat təcrübə mübadiləsi, birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, təlim təhsil sahəsində əməkdaşlıq məsələləri təşkil edir.

Mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili görülən işlər barədə Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov çıxış edib. O deyib ki, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması açılması istiqamətində ötən il həyata keçirilmiş istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində bu növ 1310 cinayət törətmiş 495 cinayətkar qrup dəstə zərərsizləşdirilib, axtarışda olan 689 nəfər tutulub. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində, habelə "102" "Təhlükəsiz şəhər" xidmətlərinin köməyi ilə 413 oğurluq, 94 soyğunçuluq, 85 nəqliyyat vasitəsinin qaçırılması, 63 oğurluğa cəhd, 38 quldurluq digər cinayətlər "isti izlər" açılıb. Mülkiyyət əleyhinə olan cinayətlərə dair istintaqı tamamlanmış işlər üzrə dəymiş ziyanın 75 faizi ödətdirilib. Bu ya digər məqsədyönlü tədbirlər sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin üç ayında respublika, o cümlədən paytaxt üzrə mülkiyyət əleyhinə cinayətlərin açılması 10 faiz yaxşılaşıb.

Məruzələrdə çıxışlarda nöqsan çatışmazlıqlara da toxunulub, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışılıb.

İclasa yekun vuran nazir Usubov kollegiya iştirakçılarının diqqətini qarşıda duran vəzifələrə yönəldib. Daxili işlər orqanlarının cari il üzrə fəaliyyətinin təməlinin birinci rübdə qoyulduğunu, yekun nəticələrin görülən tədbirlərin səmərəliliyindən, şəxsi heyətin peşəkarlığının, döyüş fiziki hazırlığının yüksəldilməsindən, mənəvi-psixoloji durumun daha da sağlamlaşdırılmasından çox asılı olduğunu deyən nazir kriminogen duruma təsir edən ictimai-siyasi sosial amillərin vaxtında müəyyən edilməsini, bütün bunlarla əlaqədar adekvat idarəçilik qərarları qəbul olunmasını, hər bir əməkdaşın tapşırılmış sahəyə cavabdehliyinin artırılmasını, icra intizamına nəzarətin gücləndirməsini baş idarə, idarə, xidmət ərazi polis orqanlarının rəislərindən tələb edib.

Nazir "Eurovision 2012" mahnı müsabiqəsinin təşkilində Daxili İşlər Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü, bu istiqamətdə xüsusi Tədbirlər Planının hazırlanaraq uğurla icra edildiyini bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs