Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Rusiya Gürcüstanla yenidən müharibəyə başlamaq istəyir
 
 
news Image
2012.04.22
11:32
| A A A
Rusiya Gürcüstanla yenidən müharibəyə başlamaq istəyir
Bu məqsədlə həm Gürcüstan, həm də onun qonşusu Ermənistana əlavə Rusiya hərbi qüvvələri yeridilir

Rusiyanın Gürcüstanda Mixail Saakaşvili hakimiyyətinin devrilməsində maraqlı olduğu heç kimə sirr deyil. Moskvanın lazım gələrsə, bunu hərbi yolla həyata keçirməkdə maraqlı olduğu da məlum həqiqətdir. Bunun üçün Kremlin əlinə yeni fürsət keçməkdədir. Belə ki, Qərbin İrana qarşı mümkün müharibəsindən Rusiyanın Gürcüstana növbəti hücum üçün istifadə edəcəyinə dair edilən xəbərdarlıqların sayı artmaqdadır.

Gürcüstanın sabiq müdafiə naziri David Tevzadze bununla bağlı bildirib: "Qərb İran arasında müharibə haqqında deyə bilərəm ki, burda bir çox incəliklər var. Mən təsəvvür edə bilmərəm ki, İranla müharibə necə olacaq: bu Yuqoslaviyadakına bənzər bombardman olacaq ya quru qoşunların əməliyyatı".

O qeyd edib ki, Rusiyanın Qərb İran arasında müharibədə iştirakçı olacağı ehtimalı çox aşağıdır. "Ola bilsin ki, Ermənistandakı Rusiya kontingenti Gümrüdəki baza təhlükə altında olarsa, onda Rusiyaya hərbi müdaxilə lazım olacaq. O zaman ehtimal var ki, Gürcüstan vasitəsi ilə zəmin yaradaraq, özləri üçün ən aşağı müqavimət yolundan istifadə edəcəklər. Gürcüstanın sabiq müdafiə "Salamnyus"a açıqlamasında istisna etməyib ki, Rusiya dəhlizin digər variantlarını nəzərdən keçirə bilər. Gürcüstan hakimiyyətinin Rusiyanın belə ssenarinin inkişafına hazır olmasına şərh verərək, o rəsmi Tiflisin mümkün münaqişəyə xüsusi hazırlıqlar gördüyünə şübhə ilə yanaşıb.

Maraqlıdır ki, belə bir vaxtda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Gürcüstanın NATO-ya üzvlüyə namizəd statusunun saxlanması Moskvada təəccüb ehtiyatlılıq hissi yaradır. Onun sözlərinə görə, Gürcüstanın 2008-ci il müharibəsindən sonra yenidən hərbiləşdirilməsi prosesi çox sürətlə gedir. Bundan başqa məlumdur ki, ruslar Gürcüstanı işğal altındakı ərazilərinə əlavə ordu cəmləşdirirlər, həmçinin Gürcüstanın  qonşuluğunda olan Ermənistandakı bazalarını da gücləndirməkdədirlər. Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-leytenant Vladimir Şamanov deyib ki, Ermənistan ərazisinə  Rusiya desant qüvvələrinin iri birləşməsi yeridiləcək. O həmçinin bildirib kiRusiya Qafqazdakı hərbi qüvvələrini daha mobil vəziyyətə gətirmək üçün planlaşdırılmış tədbirlər görür. General bu planları onunla əsaslandırıb ki, Cənubi Osetiya Abxaziya ətrafında vəziyyət gərgin olaraq qalır, Gürcüstanla yeni müharibə istisna deyil ümumiyyətlə, Cənubi Qafqazda gərginlik hökm sürür. O xatırladıb ki, 2008-ci ilin avqust müharibəsi zamanı Rusiyanın 7-ci desant-hücum diviziyasının qüvvələrinin hərbi əməliyyatlar zonasına yeridilməsi bir neçə sutka vaxt almışdı. O vaxt həmin qüvvələri bölgəyə yeritmək üçün Qara Dəniz Donanmasının gəmilərindən istifadə edilmişdi. Lakin Ermənistan ərazisində desant birliklərinin yerləşdirilməsi, habelə vertolyot polkunun regiona yaxın hərbi bazalarda dislokasiya olunması bu qüvvələrin Gürcüstana cəmi bir neçə saata çatmasına imkan verəcək. Şamanov deyib ki, əgər vertolyot-desant birləşmələri Ermənistan, Abxaziya Cənubi Osetiyadakı bazalarda yerləşdirilsə, rus qoşunları daha mobil vəziyyətə gələcək, effektivliyi artacaq.

Prezident Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski isə hesab edir ki, Qərbin İrana hücumu olarsa, Rusiyanın Gürcüstana qarşı ikinci dəfə müharibə etməsi mümkündür.

Bjezinskinin bəyanatı ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun rusların Gürcüstana qarşı mümkün hərəkətlərinə dair planı haqqında analitik sənəd dərc etməsindən bir neçə gün sonra səslənir. Həmin materiala görə, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində öz hərbi iştirakını genişləndirməkdə davam edir. Belə ki, 2012-ci ilin yayında İrana qarşı hərbi əməliyyatların başlanması ehtimal olunur. Keçmiş diplomat hərbçi Deyl Ersprinq hesab edir ki, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində - Abxaziya Cənubi Osetiyada möhkəmlənir. Onun fikrincə, əgər Yaxın Şərqdə miqyaslı müharibə başlayarsa, o zaman hər şey mümkündür. İstənilən halda Gürcüstana yeni müdaxilə Amerika-Rusiya münasibətlərini tamamilə poza bilər.

Onu da bildirək ki, Abxaziya Cənubi Osetiyada Rusiya hərbi bazaları var. Burada Rusiyaya məxsus hərbi bazanın yaradılmasına dair razılaşma 49 il üçün nəzərdə tutulur. Sənəddə 49 ilin tamamında onun müddətinin daha 15 il uzadılmasının mümkünlüyü əks olunub. Məhz bu hərbi bazadan Gürcüstana qarşı istifadə istisna olunmur.

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs