news Image
2012.04.22
23:48
| A A A
İndoneziyada zəlzələ olub

Mövqe.az xəbər verir ki, İndoneziyanın şərq sahili boyu ərazilərində 6,6 bal gücündə zəlzələ hadisəsi baş verib.

ABŞ Geoloji  Tədqiqat  mərkəzindən verilən xəbərə görə okean səviyyəsinin 30 kilometr dərinliyində meydana gələn zəlzələ mərkəzinin İndoneziyanın Papua əyalətinin 83 kilometr yaxınlığında olduğu deyilib.  Zəlzələ Papua əyaləti sakinləri arasında təşvişə  səbəb olub.

Rəsmilərin sözlərinə görə  zəlzələ nəticəsində ciddi xəsarət alan olmayıb.

Əfqanə Məzahirqızı