Əlaqə Arxiv
news Image
2012.04.24
13:13
| A A A
Mercedes" 4 piyadanı vurub: ölən və xəsarət alanlar var
Bakıda minik avtomobili yolun kənarındakı 4 piyadanı vurub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Xətai rayonu Zığ şossesində "Mercedes" markalı minik avtomobili yolun kənarındakı 4 piyadanı vurub.

Piyadalardan biri hadisə yerində dünyasını dəyişib, 3 nəfər isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törədən sürücü saxlanılıb. /Trend/

Sizin Reklam Yeriniz