news Image
2012.04.24
13:39
| A A A
Bakıda Gənc Hüquqşnasların Beynəlxalq Forumu keçiriləcək – EKSKLÜZİV
Açılış mərasimində Fuad Ələsgərov, Azad Rəhimov və Əli Hüseynli çııxış edəcək.

Movqe.az "femida.az" saytına istinadən xəbər verir ki, Bakıda Gənc Hüquqşünasların Beynəlxalq Forumu keçiriləcək. Aprelin 26-da başlayacaq Forumun təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan Nümayəndəliyidir.

Tədbirin açılış mərasimində Azərbaycan Prezident Adminstrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin sədri Əli Hüseynli, həmçinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Niuşa Nademi iştirak və çıxış edəcəklər.

ELSA-nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə hesabat nitqi ilə nümayəndəliyin rəhbəri Elşən Bayramov çıxış edəcək.

Ümumilikdə dörd gün ərzində keçiriləcək tədbirə Avropanın müxtəlif ölkələrindən 50–yə yaxın gənc hüquqşünas qatılacaq. Forumda ümumilikdə 100 gənc hüquqşünasın iştirakı gözlənilir.

Tədbirin keçirilməsində əsas məqsəd azərbaycanlı hüquq tələbələrini Avropa hüquq təhsili ilə tanış etmək, onların bu təhsil standartlarına inteqrasiyasına dəstək göstərmək, eyni zamanda tələbələr arasında təcrübə və bilik mübadiləsini dəstəkləməklə onların şəbəkələ şəklində formalaşmasını, Avropanın müxtəlif ölkələrindən olan tələbələri Azərbaycan hüquq təhsili və barədə məlumatlandırmaq, Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin hüquq tələbələrini bir yerə toplanılması və onların əlaqələrinin möhkəmləndirilməsi Avropa ölkələrindən dəvət olunan forum iştirakçılarını Azərbaycan hüquq sistemi və hüquq təhsili ilə tanış etmək, Avropa ölkələri və Azərbaycan tələbələri arasında bilik və təcrübə mübadiləsinin dəstəklənməsindən ibarətdir.

Beynəlxalq Forum çərçivəsində ELSA-nın Azərbaycan Nümayəndəliyinin ötən dövr ərzində görülən işlər barəsində təqdimatı dinləniləcək, təşkilat tərəfindən keçirilən Səhnələşdirilmiş Məhkəmə Prosesi Müsabiqəsinin "Böyük final" mərhələsi keçirililəcək, Azərbaycanda qabaqcıl təhsil müəssisələrinin tələbə kontingenti ilə görüşlər keçiriləcək dəyirmi masalar təşkil olunacaq və bir sıra hüquq-mühafizə orqanları ilə görüşlər keçiriləcək.

Tədbirin rəsmi donoru Azərbaycanın Gənclər və İdman Nazirliyidir.

Qeyd edək ki, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) müstəqil, qeyri-siyasi, gəlir məqsədi güdməyən dünyanın ən böyük hüquq tələbələr təşkilatıdır. ELSA Avropanın 42 ölkəsində, 210 universitetində 30.000-dən çox hüquq tələbələrini və gənc hüquqşünasları özündə birləşdirir. ELSA-nın əsası 1981-ci ildə Avstriya, Macarıstan, Polşa və Almaniyadan olan olan 5 hüquqşünas tələbə tərəfindən qoyulub. ELSA-nın himayəçiləri Avropa Şurasının Baş katibinin müavini xanım Maud de Boer-Bukuiçio və Tayvan Universitetinin professoru Çang Fa Lo-dur, o cümlədən Polşa Regional bölməsinin himayəçisi Polşa Respublikasının prezdenti Bronislav Komorovski, Almaniya Regional bölməsinin himayəçisi Almaniyanın keçmiş ədliyyə naziri, professor Herta-Daubler Gmerin və Avropa Birliyinin Ədliyyə Məhkəməsinin təmsilçi müavini Julian Kokot, İsveçrə Regional bölməsinin himayəçisi Birləşmiş Millətlər Təşkilatının Hüquq məsələlər üzrə baş katibi Nikolas Miçel və Gürcüstan Regional Bölməsi isə Gürcüstanın gənclər və idman naziri Vladimer Vardzelasvili və Tbilisi Dövlət Universitetinin rektoru Aleksandr Kvitaşvilidir.


Tural QABİLOĞLU


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs