news Image
2012.04.24
14:34
| A A A
“Pensiyaçılara pulsuz dərman verə bilərik”
"Təqaüdçülərin pensiyasına dərman almaq üçün əlavə vəsait ayırmaq mümkün olar"

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun elmi adı olan təqaüdçülərə səhiyyə sistemində xüsusi güzəştlərin edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət açıqlayıb. Hadi Rəcəbli SİA-ya açıqlamasında bildirib ki, bu sistemə Azərbaycanda keçmək mümkün deyil. Onun sözlərinə görə, bu gün ölkədə müavinət sistemindən, yəni güzəştlərin material formasından manitizasiya formaya keçilib. "Pensiyaçılara pulsuz dərman verə bilərik. Amma ölkədə apteklər özəl fəaliyyət göstərir. Ona görə də bu məsələdə başqa sistem qurulmalıdır. Təqaüdçülərin pensiyasına dərman almaq üçün əlavə vəsait ayırmaq mümkün olar. Bu yolu seçmək lazımdır. Düşünürəm ki, gələcəkdə buna oxşar yol seçiləcək", - deyə H.Rəcəbli qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs