news Image
2013.02.01
12:44
| A A A
Spiker Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə minnətdarlığını bildirdi

Milli Məclisin sessiyalararası dövrü ərzində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçirildi və həmin sessiyaya antiazərbaycançı qüvvələr tərəfindən "siyasi məhbuslar" məsələsi təqdim edildi.

Ancaq dövlət başçısı İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti həmin qüvvələri öz məqsədlərinə nail olmağa imkan vermədi.
Bu fikirləri Milli Məclisin 2013-cü il yaz sessiyasının ilk iclasında spikerOqtay Əsədov deyib.
Spikerin qeyd etdiyinə görə, "siyasi məhbuslar" məsələsi üzrə məruzə AŞPA üzvləri tərəfindən birmənalı olaraq rədd edildi: "Mən bu münasibətlə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərini təbrik edirəm. Eyni zamanda qeyd etmək istəyirəm ki, öz işinə başlayan yaz sessiyasında da bizi çox məhsuldar və gərgin iş rejimi gözləyir. Bu sessiya ərzində qanun və qərar layihələri ilə yanaşı, hökumətin, ombudsmanın, bələdiyyələrlə iş üzrə orqanın illik hesabatlarını dinləyəcək və müzakirə edəcəyik. Həmçinin bu sessiyada 2012-ci ilin dövlət büdcəsinin icrası məsələsi geniş müzakirəyə çıxarılacaq. Ona görə də bu sessiya ərzində hamınıza işlərinizdə uğurlar arzulayıram".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs