news Image
2013.02.04
12:15
| A A A
Şirvanda orta məktəbdən 4 dəst kompyuter oğurlanıb

Şirvan şəhərində iki şəxs borcları qaytarmaq məqsədilə əvvəllər təhsil aldıqları məktəbdən kompyuter dəstlərini oğurlayaraq aradan çıxıblar.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, Şirvan polisi onların kompyuterləri satmaq arzusunu ürəklərində qoyub.

Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi Rəsul İbayev bildirib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğruların şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, bunlar şəhərin Hacıqəhrəmanlı qəsəbəsinin sakinləri Baloğlan Rasim oğlu Hüseynov və Əliyar Alik oğlu Mürsəlovdur. İlkin istintaq zamanı dostların qabaqcadan cinayət əlaqəsinə girərək əvvəllər oxuduqları Hacıqəhrəmanlı qəsəbəsindəki 4 saylı tam orta məktəbdən 4 dəst kompyuter oğurlayaraq aradan çıxdıqları məlum olub.

Şöbəyə gətirilən cinayət törədən dostlar işsizliyi bəhanə gətirərək oğurluq etdiklərini və borcları olduğu üçün kompyuterləri satıb borclarını qaytarmaq istədiklərini bildiriblər. Təhsil aldıqları orta məktəbədən oğurluq edən dostları indi müəllimləri yox, açılmış cinayət işinin sonunda məhkəmənin verəcəyi qərar tənbeh edəcək. Şirvan polisi hazırda saxlanılanların digər cinayətdə əlləri olub-olmamasını araşdırır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs