Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
YAP 18 yaşı tamam olmuş gənclərlə görüş keçirib
 
 
news Image
2013.02.04
14:30
| A A A
YAP 18 yaşı tamam olmuş gənclərlə görüş keçirib

YAP Nizami rayon təşkilatında 18 yaşı tamam olmuş və bu il ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatıSədaqət Vəliyeva gəncləri təbrik edib.

Azərbaycanda dövlət gənclər siyasətinin, bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu deyən millət vəkili, 1996-cı ildə ulu öndərin təşəbbüsü ilə gənclərin I Forumunun keçirilməsinin ölkəmizdə gənclər təşkilatlarının işində mühüm rol oynadığını vurğulayıb.
"Sevindirici haldır ki, bu gün gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyub".
Rayonun gənc fəallarından Fərid Qasımov, Samir Əhmədov, Asif Əliyev, həmçinin, xaricdə təhsil alan gənclərdən Tural Şahbazlı qeyd ediblər ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərir.
Sonda partiyaya yeni qəbul olunmuş gənclərə vəsiqələr və hədiyyələr təqdim edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs