news Image
2013.02.05
12:38
| A A A
"Barselona" Qəbələyə gəlir

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə xəbər vermişdik. Artıq dəvət alan daha bir klub - Avropanın ən tanınmış və titullu klublarından "Barselona" rəsmi məktubla turnirdə iştirakını təsdiqləyib.Xatırladaq ki, daha əvvəl iki komanda – Türkiyə və Rusiya təmsilçiləri "Beşiktaş" və "Zenit" II Qəbələ Kubokunda iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may - 02 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.

Xatırladaq ki, ilk turnir 30 may - 04 iyun 2012-ci il tarixlərində "Vilyarreal", "Levante" (hər ikisi İspaniya), "Qalatasaray" (Türkiyə), "Feyenoord" (Hollandiya), "Bröndbü" (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan "Qarabağ" və "Qəbələ" ilə təmsil olunmuşdu.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs