news Image
2013.02.05
12:38
| A A A
“Saakaşvilinin dövrü bitdi”
"Saakaşvili əsri bitdi, heç kim ölkədəki situasiyanı dəyişə bilməz". APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili hökumətə rəhbərlik etdiyi 100 gün ərzində görülən işlər barədə keçirdiyi hesabat xarakterli mətbuat konfransında deyib. O bildirib ki, 3-4 ildən sonra Gürcüstan əhalisi ölkədə baş verəcək müsbət dəyişiklikləri hiss edəcək: "Saakaşvili və onun komandasının əlində ölkədəki situasiyanı dəyişdirmək və durumu nəzarətdən çıxarmaq üçün heç bir vasitə yoxdur. Biz vəziyyətə nəzarət edirik".
B. İvanişvili M. Saakaşvilinin fevralın 8-də parlamentdəki ənənəvi illik çıxışını dinləməyəcəyini də açıqlayıb. Baş nazir qeyd edib ki, o, hələ Vahid Milli Hərəkat Partiyası ilə dialoq aparmağa hazır deyil: "Çünki onlar çıxışlarında obyektiv deyillər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs