Əlaqə Arxiv
news Image
2013.02.06
12:15
| A A A
İçərişəhərdəki bəzi obyektlərdə siqaret çəkilməsinə məhdudiyyətlər qoyulub

Siqaretə qarşı mübarizəyə dəstək olmaq məqsədilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruğunda yeni layihəyə start verilib.

Qoruqdan  verilən məlumata görə, sağlam həyat tərzini təbliğ edən tədbirlər çərçivəsində İçərişəhər ərazisindəki bir sıra ictimai iaşə obyektlərində ("Karvansara", "Köhnə şəhər", "Le Cafe", "Şur", "Manqal", "Buta", "Sultan İnn", "Garage İskender") siqaret çəkilməsi ilə bağlı artıq qadağa və məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Belə ki, həmin obyektlərin daxili məkanı siqaret çəkənlər və çəkməyənlər üzrə bölünüb.Siqaret çəkilməsi ilə bağlı qadağa və məhdudiyyətlərin gələcəkdə ərazidəki bütün obyektlərdə tətbiq olunacağı nəzərdə tutulur.

Sizin Reklam Yeriniz