news Image
2012.04.25
08:03
| A A A
Zəki Qazioğlu: “Türkiyə dəfələrlə bəyan edib ki, bu məsələ ən peşəkar tədqiqatçılar və tarixçilər tərəfindən araşdırılsın və yekun qərar verilsin”

Uydurma erməni soyqırımının tarixçilər tərəfindən araşdırılması ilə bağlı Türkiyənin alnı açıqdır. Türkiyə dəfələrlə bəyan edib ki, bu məsələ ən peşəkar tədqiqatçılar və taruixçilər tərəfindən araşdırılsın və yekun qərar verilsin. Bunu Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu bildirib. Onun sözlərinə görə, Ermənistan bu araşdırmalarda iştirak etməkdən qorxur və onlarda iştirak etmir. Bununla bağlı Türkiyə erməni soyqırımı ilə bağlı xarici ölkələrin tarixçilərindən ibarət araşdırma komissiyasının yaradılmasını təklif edib. Lakin Avropanın bəzi dairələri və ermənilər buna razı olmurlar və məsələyə siyasi qiymət verməyə çalışırlar. Bunun da arxasında ən çox erməni lobbisi dayanır. O deyib: "Türkiyə məsələ ilə bundan sonra da mübarizəsini davam etdirəcək və erməni soyqırımının uydurma olmasının beynəlxalq aləmdə tanınması istiqamətində işlərini davam etdirəcək. "Erməni soyqırımı" ilə bağlı Türkiyə tarix qarşısında cavab verməyə tam hazırdır. Lakin lobbiçilik fəaliyyətində zəifdir. Ermənilərin də bununla bağlı Türkiyənin üstünə gəlməsi lobbiçilik fəaliyyətinin zəif olması ilə əlaqədar olub. Amma artıq Türkiyənin lobbiçilik fəaliyyəti də ildən-ilə güclənir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs