Əlaqə Arxiv
news Image
2013.02.07
18:00
| A A A
Evsiz qalan 4 min ailə otellərdə qalır
Movqe.Az bildirir ki, ABŞ-ın başda Nyu York, Nyu Cersi və Konnektikut əyalətləri olmaq üzrə şərq bölgələri də vuran Sendi qasırğasında evlərini itirən 3 min 639 ailə yerləşdirildikləri otellərdə artıq dördüncü aydır ki qalırlar. Keçən ilin oktyabr ayının sonunda meydana gələn Sendi qasırğasının yaraları, fəlakətin üzərindən keçən uzun zamana baxmayaraq tam mənasıyla sarılmayıb. 63 milyard dollarlıq ziyana gətirib çıxaran fəlakət səbəbiylə Nyu Cersi və Nyu Yorkda cəmi 4 min ailə evsiz qalıb. Mülk problemləri həll olana qədər müvəqqəti olaraq otellərə yerləşdirilən zərər çəkmişlər üçün Federal Təcili Yardım İdarə Agentliyi və Nyu York Evsiz Xidmətləri Şöbəsi tərəfindən təxminən 236 dollar otaq ödənişi ödənib. ABŞ Senatının təsdiq etdiyi 50,5 milyard dollarlıq kömək paketi ilə cəmi 60,2 milyard dollara çatan yardım mənzil istehsalı üçün istifadə ediləcək.
Sizin Reklam Yeriniz