Tanınmış aktrisa futbolçu sevgilisini məhkəməyə verib
Türkiyənin populyar aktrisası Ceren Hindistan ötən ildən sıx münasibətdə olduğu Özer Hurmacıya qarşı iddia qaldırıb.Aktrisanın sözçüsü Hakan Altuğ C.Hindistanın məhkəməyə üz tutmasının Ö.Hurmacı tərəfindən döyülməsi ilə əlaqələndirib.
Vəkilin sözlərinə görə, aktrisa döyülməsi ilə əlaqədar tibbi
ekspertizadan müvafiq rəy də alıb.
Xatırladaq ki, C.Hindistan əsasən, TRT-1 kanalında 2009-cu ildən
nümayiş olunan "Sakarya Fırat" serialında yaratdığı Nihan obrazı
ilə populyarlaşıb.
2012-ci ilə qədər "Fənərbağça"nın heyətində olmuş Ö.Hurmacı isə
hazırda Türkiyənin yüksək liqa komandası olan "Kasımpaşa"nın
şərəfini qoruyur.