Əlaqə Arxiv
news Image
2013.02.08
16:44
| A A A
Ticarət mərkəzində dəhşətli hadisə
Movqe.Az bildirir ki, İngiltərədə bir ticarət mərkəzində qəza baş verib.  Alış-veriş mərkəzində gəzən bir adam, üçüncü mərtəbədən aşağı həmin an birinci mərtəbədə gəzən başqa bir adamın üzərinə düşüb. Qəza İngiltərənin paytaxtı Londondakı "Westfield Stratford" ticarət mərkəzində baş verib. Şahidlər, üçüncü mərtəbədən düşən adamın 'atlandığını' bildiriblər. Onların polisə verdiyi məlumata görə, adamın düşmədən əvvəl üçüncü mərtəbənin balkonundan qışqırdığını söyləyiblər. Hadisə zamanı alış-veriş mərkəzində olan bir adam isə "Twitterə" "yıxılmadı, atlandı. Bu bir intihar cəhdidir" yazıb. Hadisə ilə əlaqədar araşdırma davam edir. Qəzadan sonra xəstəxanaya aparılan ki adamın da vəziyyəti ağırdır.
Sizin Reklam Yeriniz