Əlaqə Arxiv
news Image
2013.02.11
14:41
| A A A
Papa istefa edib

Movqe.az xəbər verir ki, katoliklərin ruhani lideri Papa 16-cı Benedikdin istefa edəcəyi hamını heyrətləndirmişdi. Rəsmi Vatikan isə xəbəri təsdiqləyib. Papa 16-cı Benedikt bu səhər Vatikanda qatıldığı Otrantolu dənizçi əsgərlərin mərasimində Latınca etdiyi şərhdə, "Kilsəni yaxşılığı üçün tərk edirəm" deyib. Vatikan spikeri Federiko Lombard, Papanın 28 fevraldan etibarən vəzifəsini buraxacağını açıqlamışdı. Papa vəzifəsini yerinə gətirəcək gücü özündə hiss etmədiyi üçün istefa verdiyini açıqlayıb. Alman mənşəli 85 yaşındakı Papa 16-cı Benedikt, Vatikan tarixində istefa edən ikinci Papa ünvanını alıb. İstefa edən ilk Papa isə, 1294-ci ildə 5-ci Koelestin olub. Normal şərtlərdə papalıq yalnız ölüm vəzifəyə mane olan ağır xəstəlik şəraitində sona çatır.

Sizin Reklam Yeriniz