İtaliyada portağal qalmaqalı

11 Fevral 2013 16:12 (UTC+04:00)

Movqe.az xəbər verir ki, İtalyanın şimalındakı İvrea şəhərində, 6 fevralda başlayan bir həftə davam edəcək olan Portağal Karnavalına həm İtalyanlar, həm xarici turistlər maraq göstərir. Portağal döyüşləri ilə məşhur İvrea Karnavalı bu il rəngli görünlərə səhnə olub. Bir əfsanəyə görə, Dükün soyluluq haqqı olaraq evlənən hər qadınla ilk gecəni birlikdə keçirmək hüququna qarşı gələn bir qadının Dükün başını qoparması ilə başlayan ənənə səbəbilə 9 komanda Torino yaxınlarındakı İvrea şəhəri meydanlarında portağal döyüşləri edib. Bazar günü edilən portağal döyüşündə piyadalardan ibarət olan bir sıra şəhərin müxtəlif yerlərindən keçən atlı komandalarla mübarizə edib. Döyüş əsnasında "düşmən" olmayan xalq olduqca sərt atılan portağallardan qorunmaq üçün qırmızı papaq taxaraq özlərini müdafiə edib. Olduqca şən keçən döyüşlərdə kiçik xəsarət alanlar da olub. Portağal döyüşünün edildiyi şəhərdə minlərlə portağalın saatlarla yerlərdə zibil halında qaldığı görülüb. Digər tərəfdən, festivaldakı portağal döyüşü əsnasında infarkt keçirərək xəstələnən 35 yaşlı bir İtalyan qaldırıldığıxəstəxanada həlak olub.