Dünyanın ən böyük timsahı öldü

11 Fevral 2013 17:44 (UTC+04:00)

Movqe.Az bildirir ki, Dünyanın ən böyük duzlu su timsahı, Filippində tutulduğu ekoturizm parkında ölüb. Filippinin cənubundakı Aqusan del Sur vilayətinin Bunauan qəsəbəsinin Bələdiyyə Başçısı Edvin Coks Elorde, bir tonluq və dünyada indiyə qədər tutulan ən böyük duzlu su timsahının öldüyünü açıqlayıb. Timsahın, tutulduğu parkda arxası üstə mədəsi şişmiş halda olduğunu və bir neçə saat sonra öldüyünü elan edib. Qəsəbənin sakinləri isə bölgələrini dünya səviyyəsində tanıdan və turistləri cəzb edən bu timsahın öldüyünə kədərləndiklərini açıqlayıblar. "Guinness" rekordlar kitabı, ötən il 6.17 metr uzunlundakı timsahı dünyanın indiyə qədər tutulan ən böyük timsahı elan edib.