ARDNF ilk dörd ayda hərraclarda 1 mlrd. dollardan çox vəsait satıb

1 May 2017 12:22 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 2017-ci ilin aprel ayı ərzində 220,8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu barədə Movqe.az-a  Fonddan məlumat verilib.