Uşaqlara veriləcək adlar necə olmalıdır?

1 May 2017 13:36 (UTC+04:00)

Son vaxtlarda, uşaqlara qoyulan adlar barəsində verilən suallar çoxaldığı üçün, bu mövzu ilə əlaqədar yazdığımız ümumi və qısa bir dəyərləndirməmizi sizə təqdim etmək istəyirik:
Zikr.az bildirir ki, adın dini olanı və dinsiz olanı yoxdur. Pis və ya yaxşı adlar vardır.
Adların ən gözəli: "Xoş mənalı, ana dilində, sadə və başa düşülən"- adlardır.
Adların pisi: "Pis mənalı, tarixdə pis iz buraxmış, başa düşülməyən, xalqa yad olub, əcnəbi dildə olan, mürəkkəb, dildə ifadəsi çətin olan,"- adlardır. Məsələn: "Tükəzban ya da Kəzban= yalançı", "Sənəm=Büt", "Xənnas"= Şeytan", "Firavun", "Nəmrud" - kimi adların verilməsi doğru deyildir. Adların ən pisi isə, Allahı və sırf ona xas sifətləri təmsil edən ilahi adların insanlara verilməsidir. Məsələn: "İlahə"= dişi cinsli ilah", "Lat=dişi cinsli ilah", "Diana"=ov ilahəsi", "Xaliq=Yaradan", "Sübhan=Oxşarı olmayan", "Rəhman",- kimi adlar həm məna etibarilə insan həddini aşan və dini yöndən də haram sayılan adlardır.


Saglamolun.Az