Dünyanın ən yaşlı insanı öldü

1 May 2017 15:35 (UTC+04:00)

Dünyanın ən yaşlı insanı olan indoneziyalı Sentral Cava bu gün 146 yaşında dünyasını dəyişib.

Movqe.az  qaynar.az-a istinadən xəbər verir ki, İndoneziya rəsmi qeydiyyata 1900-cü ildən başladığı üçün Cavanın vəsiqəsində də doğum tarixi 1900-cü il olaraq yazılıb. Lakin təqdim etdiyi sənədlər və onunla aparılan müsahibə zamanı həqiqətən də 1870-ci ildən olduğu məlum olmuşdu. Siqaret aludəçisi olan Cavanın 4 həyat yoldaşı, 10 bacı-qardaşı və bütün uşaqları ondan öncə dünyasını dəyişib.

Qeyd edək ki, ötən il müsahibə verən Cava uzunömürlülüyünün sirrini açıqlayaraq, bunun səbr və sevgi olduğunu bildirmişdi.