Trampdan qorxunc Şimali Koreya xəbərdarlığı

1 May 2017 15:46 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə proqramını sonlandırmayacağı halda bu ölkəyə silahlı müdaxilə edə biləcəklərini istisna etməyib. "Qaynar" xəbər verir ki, prezident bu müdaxilə olacağı təqdirdə xeyli sayda insan tələfatının baş verə biləcəyini bildirib.

Amerikanın CBS telekanalına verdiyi müsahibəsində hakimiyyətinin ilk 100 gününü dəyərləndirən Tramp Şimali Koreyanın nüvə  sınağının davam etdirməsinin ölkəsini şad etmədiyini qeyd edib.

Tramp bunun bir silahlı müdaxilənin ola biləcəyi mənasına gəlib-gəlməməsi ilə bağlı suala “Bilmirəm. Bunu zaman göstərəcək” cavabını verib.

ABŞ prezidentinə müsahibədə verilən digər aktual sual isə seçki prosesində vəd etdiyi kimi Çini “Maliyyə fırıldaqçısı” kimi dəyərləndirib-dəyərləndirməyəcəyi olub. Prezidentin cavabı belə olub: “Seçildiyim an bunu etməyi saxladılar”.

Çinin dövlət başçısı Xi Jinpinqinin Şimali Koreya məsələsindəə beynəlxalq həll yolu tapmaq cəhdlərini yüksək qiymətləndirən Tramp, bu mövzuda Çinlə əməkdaşlığa önəm verdiyini və bu əməkdaşlığı təhlükəyə atmaq istəmədiyini vurğulaıb. 

“Şimali Koreya bəlkə də ticarətdən daha önəmli mövzudur. Bəli, ticarət önəmlidir. Amma böyük bir savaşda milyonlarla insan ölsünmü? Bu vəziyyət ticarəti kölgədə qoyur” deyə ABŞ prezidenti bildirib.

Tramp Şimali Koreya bağlı yaranmış vəziyyəti “şahmat turniri”nə bənzədib və Çinin onları nüvə silahına sahibi olmaq arzusundan imtina etməsini təmin edəcəyinə inandığını bildirib. O, fikrini “Kim Qonu-Un çox uzaqgörəndir” cümləsi ilə tamamlayıb.

qaynar.az