Ağacdan hazırlanana ecazkar sənət əsəri

14 May 2018 09:14 (UTC+04:00)

Danimarkalı heykəltəraş Tomas Dambo ağacdan maraqlı sənət əsərləri hazırlayır.

Movqe.az-ın qaynar.az-a istinadən məlumatına görə, müəllifin son işi "Altı gizli nəhəng adlanır. Kopenhagen meşəsində gizlədilən nəhənglər turistlərin böyük marağına səbəb olur. Lakin, onları görmək hər insana nəsib olmur. Belə ki, bu heykəlləri tapmaq üçün xüsusi ipucları qoyulub ki, nadir hallarda turistlər bütün nümunələri görə bilirlər.

Sözügedən sənət əsərlərinin fotolarını təqdim edirik: