Millimizə 14 futbolçu dəvət alıb

1 May 2017 17:36 (UTC+04:00)

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası mayın 5-dən 28-dək Su İdman Sarayının ərazisində təlim-məşq toplanışı keçirəcək. Movq.az goal.az-a istinadən  xəbər verir ki, toplanışda 14 futbolçu iştirak edəcək.

Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov, Rüfət Məmmədov, Comərd Baxşəliyev, Tural Abbaszadə.