133 hündürmərtəbəli binaya təbii qaz verilib

2 May 2017 14:22 (UTC+04:00)

133 hündürmərtəbəli binaya təbii qaz verilib.

Bu barədə  “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, 2017-cı ilin yanvar-aprel ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətləri araşdırılıb və müvafiq sənədləri təqdim etmiş 133 çoxmərtəbəli binanın qazının açılması təmin olunub. Bu isə ümumilikdə, 6774 mənzili əhatə edir.