Məişət zorakılğı faktları gizli saxlanılır-Azərbaycanda

2 May 2017 12:01 (UTC+04:00)

“Hər bir cəmiyyətdə olduğu kimi Azərbaycan cəmiyyətində də məişət zorakılığının qurbanları daha çox qadınlar və uşaqlardır.  Ancaq çox təəssüf ki, məişət zorakılığı ilə bağlı məlumatlar ailənin daxili işi kimi gizli saxlanılır". Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün Bakıda "Gender problemləri və Media” mövzusunda keçirilən seminarda  jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dilə gətirib.
O bildirib ki, məişət zorakılığı qurbanlarının müdafiəsi, onlara hüquqi  təminatn verilməsi sahəsində bu gün qanunvericilik bazası var: “Statistik rəqəmlərə baxanda məişət zorakılığı faktının azaldığını görürük. Amma  reallıqda faktlar daha çoxdur və biz bunu qəbul etməliyik. Elə olur ki, zoraklıq baş verir, amma ailədən kənara çıxmır. Bizim siyasətimizdə əsas məqsəd budur ki, ailədə baş verən problemləri əvvəllcədən aşkarlaya bilək və ağırlaşmadan onu həll edək. Bu gün Komitənin təşəbbsü ilə hər bir rayonda İcra hakimiyyətlərinin nəzdində monitorinq qrupları yaranıb. Onlar risq qrupundan olan ailələrlə müəyyən işlər aparır və onları nəzarətdə saxlayırlar. Azərbaycanda qurbanların müdafiəsi və digər problemlərin həlli istiqamətində qanunvericilik bazası var. Bir neçə il əvvəl isə Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun qəbul edilib".

Zülfiyyə QULUYEVA