UEFA Türkiyəyə şans vermədi

2 May 2017 14:55 (UTC+04:00)

UEFA 2024-cü il Avropa çempionatının ev sahibinin seçimində insan hüquqlarına riayəti nəzərə alacağını açıqlayıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, sözügedən turniri keçirmək üçün 2 namizəd ölkə var: Türkiyə və Almaniya.

Qitə ali futbol qurumunun bəyanatında insan hüquqlarının müdafiəsinin UEFA üçün ən vacib amillərdən olduğu bildirilib. Bundan sonra, qurumun bayrağı altında keçirilən bütün turnirlərin və final oyunlarının ev sahibliyinə iddialılar bu qaydalara riayət etməlidirlər.