Ərdoğan Putinlə SOÇİDƏ - Suriyanı müzakirə edəcəklər

2 May 2017 16:12 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 3-də Rusiyaya səfər edəcək.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, R.T.Ərdoğan Soçi şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Görüş zamanı prezidentlər Suriyada Rakka və Mənbic şəhərlərinin İŞİD-dən azad olunması ilə bağlı əməliyyatları müzakirə edəcəklər.