Xələf Xələfov Qırğızıstanın Bakıdakı səfirliyində olub

2 May 2017 18:14 (UTC+04:00)

Xarici işlər nazirinin müavini Xələf Xələfov Qırğızıstanın Oş vilayətində torpaq sürüşməsi ilə əlaqədar çox sayda insanın həlak olması ilə nəticələnən faciə ilə bağlı Qırğızıstanın Bakıdakı səfirliyini ziyarət edib.

Xarici İşlər Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, X.Xələfov Azərbaycan Hökuməti adından Qırğız Hökuməti və xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlar və xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Həmçinin, səfirlikdə faciə ilə əlaqədar açılmış matəm kitabında Azərbaycan Hökuməti adından başsağlığını yazıb