Qadınlara qarşı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslərin sayı açıqlandı-ŞOK statistika

3 May 2017 10:46 (UTC+04:00)

 “ 2016-cı ildə  qadınlara qarşı törədilmiş cinayətlərə görə 739 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Ötən il ailə-məişət zəmində baş verən cinayətlərin sayı  2015-ci illə müqayisədə azalıb. ”.

Movqe.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin  Baş İçtimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş ispektoru   Əkbər Əkbərov  Bakıda  “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib. "Qadınlara qarşı törədilmiş cinayətlər və onların mətbuatda işıqlandırılması" ilə bağlı çıxışında Ə.Əkbərov bildirib ki, qadın hüquqlarının təmin edilməsi, onlara qarşı törədilmiş cinayətlərin açlılması və zoraklığın proflaktikası daxili işlər orqanlarının əsas vəzifələrindəndir.  Onun sözlərinə görə, ölkədə münaqişəli ailələr qeydiyyata götürülür və  aidiyyatı qurumlar da cəlb edilərək qabaqlayıcı tədbirlər həyata keçirilir: "Ailə-məişət zorakılğı zəmində baş verən  hər bir cinayət faktı üzrə xidməti yoxlamalar aparılır. İnzibati xətalar  məcəlləsinin 157-ci maddəsində döymə, 158-ci maddəsindəki məişət zəminində psixi zorakılıq maddələrinə görə 300 manatdan 1000-dək cərimə və  ya inzibati həbs nəzərdə tutulub”.   

Ə. Əkbərov bildirib ki, münaqişəli ailələrin qeydiyyata alınması, profilaktik tədbirlər həmin ailələrdə ağır qətllərin qarşısını alır.

Zülfiyyə QULUYEVA