Azərbaycanda zorakılığa məruz qalan 7 nəfərə mühafizə orderi verilib-RƏSMİ

3 May 2017 11:55 (UTC+04:00)

2016-cı ildə Azərbaycanda zorakılığa məruz qalan 7 nəfərə mühafizə orderi verilib. Movqe.az-ın məlumatına görə, bu məlumatı "Gender problemləri və Media” mövzusunda keçirilən seminarda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov verib. E.Səfərov deyib ki, əvvəlki illərdən fərqli olaraq, uzun müddətli mühafizə orderləri verilən şəxslərin sayı artıb: " 2016-cı ildə 3 qısamüddətli, 4 uzunmüddətli mühafizə orderi verilib.  Mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb".

Zülfiyyə QULUYEVA