Bakıda Narkoloji Mərkəzin həyətində kişi damarlarını doğradı

3 May 2017 16:23 (UTC+04:00)

Bakıda intihara cəhd hadisəsi baş verib.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Ziğ yolu 13 ünvanında qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü E.Hüseynbəyov orada yerləşən Narkoloji Mərkəzin həyətində ülgüclə hər iki qolunu kəsərək intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Hüseynbəyov Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə məhkum olunub. Onun narkotik maddə aludəçisi olduğu bildirilir.