Azərbaycanda avtobus aşaraq yandı - Səkkiz sərnişin yaralandı

4 May 2017 10:48 (UTC+04:00)

Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb. Movqe.aAPA-ya istinadən məlumatına görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.

 
Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.
 
Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta  ağır olduğu deyilir.
 
Fakt araşdırılır.