İlham Əliyev ABŞ və BMT rəsmilərini qəbul edib

4 May 2017 12:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib. Movqe.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri qəbul edib.