Həbsxanada dini mübahisə zəminində dustağa xəsarət yetirən şəxsə hökm oxunub

4 May 2017 16:40 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində cəzaçəkmə müəssisəsində qaydaları pozmaqda, dustaq yoldaşına xəsarət yetirməkdə Səbuhi Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Süleymanov 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, keçən il oktyabr 19-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Səbuhi Süleymanov dustaq yoldaşı Cəlal Mikayılovu dini münaqişə zəmində mübahisə edərək yumruqla vurub. Faktla bağlı araşdırma aparılıb. S. Süleymanova Cinayət Məcəlləsinin 317.2-ci (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşını, habelə məhkumu onun islah olunmasına mane olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə, onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə ittiham verilib.